"Bolqarıstanın Xilası Milli Cəbhəsi" partiyasının sabiq fəalları baş nazirin müavini və partiya lideri Valeri Simeonovun istefasını tələb ediblər.
Oxu.Az bu barədə Bolqarıstan KİV-ə istinadən xəbər verir.
Fəallardan biri Dimitar Bayrakutov ölkənin iki baş nazir müavini - Valeri Simeonov və Krassimir Karakaçanovun Bolqarıstanın vətənpərvərliyinə böyük ziyan vurduqlarını bildirib.
Fəalların sözlərinə əsasən, hazırda onlar yeni vətənpərvər təşkilatın yaradılması ilə bağlı danışıqlar aparırlar.
Qeyd edək ki, V.Simeonov 2016-cı ilin mayında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və nəticədə Azərbaycan XİN-i onun adını "qara siyahı"ya salıb. Sentyabr ayında onunla bağlı istintaq araşdırması başlanılıb.
N.О.