Bu gün saat 23:15-də İTV-də Azərbaycan tarixinə həsr olunan film nümayiş olunacaq.
Oxu.Az-ın məlumatına görə, “Azərbaycan. Simurğun dirçəlişi” sənədli filmi tarixə yeni gözlə baxmaq məqsədi daşıyır.
Film ötən əsrin sonlarında yaşanan ziddiyyətli tarix, intibah, xalqın dünəni, bu günü və sabahına həsr olunub.
Ekran işində Ulu öndər Heydər Əliyevin öz liderlik məharəti ilə Azərbaycanı tarixin axarına salması, dövlətçiliyimizin əbədiliyinin təminatçısı olması vurğulanıb, bu müqəddəs yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi qeyd edilib.