Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan və Rusiya arasında Xəzər dənizinin səviyyəsinin dayazlaşması ilə bağlı görüş keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Rusiya Federasiyasının təbii sərvətlər və ekologiya naziri Aleksandr Kozlovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında Xəzər dənizinin səviyyəsinin dayazlaşması ilə bağlı görüş keçirilib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Xəzər dənizinin səviyyəsi, səviyyənin dayazlaşması tendensiyaları və bu prosesin səbəbləri, ekosistemə, o cümlədən bioloji resurslara təsirlərin qiymətləndirilməsi, ətraf mühitin monitorinqi sahəsində əməkdaşlıq, uyğunlaşma tədbirləri və fəsadların azaldılması yolları müzakirə olunub.
Hər iki tərəf dəniz səviyyəsinin dayazlaşması təsirlərini minimuma endirmək və bu prosesin qarşısını almaq üçün operativ və konkret tədbirlərin görülməsinin vacibliyini vurğulayıb, mövcud məlumatların və elmi nəticələrin qarşılıqlı mübadiləsini təmin etmək barədə razılığa gəlib.
Görüşün sonunda Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı tədqiqatların aparılması üçün müvafiq nazirlik və qurumların, elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət yaradılmış İşçi Qrupun iclasının 2025-ci ildə Rusiya Federasiyasında keçirilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, İşçi Qrup tərəfindən Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərin səbəblərinin araşdırılması, qısa və uzunmüddətli proqnozların hazırlanması, genişmiqyaslı monitorinqlərin keçirilməsi üzrə tədbirlər planı hazırlanacaq. Eyni zamanda, dəniz səviyyəsinin dəyişməsinin sahilyanı ərazilərə təsirlərinin azaldılmasına yönəlmiş konkret addımlar, elmi araşdırmalar və digər uyğunlaşma tədbirləri həyata keçiriləcək.
"Muxtar Babayev" teqi üzrə xəbərlər
- Azərbaycan-Tacikistan Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib
- Muxtar Babayev: "COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək"
- BMT baş katibi Azərbaycana təşəkkür etdi: "COP29-da razılaşma gələcək inkişaf üçün əsas yaradır"
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu