Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabinetinə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
14:10
Azərbaycanda 2017-ci il İslam Həmrəyliyi İli elan olunub.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Qeyd edək ki, bu il 12-22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
U.A.
www.oxu.az