Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanlı həkimlər “Laçın” SBM-də növbə çəkirlər - VİDEO
“Laçın” sərhəd-buraxılış məntəqəsindən (SBM) yeni görüntülər yayılıb.
Kadrlarda Azərbaycan sərhədçilərinin dəqiq və düzgün işləməsi ilə yanaşı, azərbaycanlı həkimləri də görmək mümkündür.
Onlar sərhəddən keçənlərdən birinin xəstələnməsi və ya tibbi yardıma ehtiyac duyması halında ona lazımi köməyi göstərmək üçün daim “Laçın” SBM-də növbə çəkirlər.
Burada Xankəndi-Laçın yolunda ekoloji fəalların aksiyası zamanı erməni sərnişinlərdən birinin xəstələnməsi və Azərbaycanın təcili tibbi yardım maşını ilə Xankəndi xəstəxanasına aparılması yada düşür. Azərbaycan həkimləri həm o vaxt, həm də indi öz peşə borclarını qüsursuz yerinə yetirirlər.

"Laçın" teqi üzrə xəbərlər
- Firudin Qurbanov: "STEAM Azərbaycan" layihəsi Laçın, Zabux və Şuşa məktəblərində baş tutacaq"
- Xocalı, Xankəndi, Şuşa və Susda ilk dəfə buraxılış imtahanı keçiriləcək
- Laçının tarixi məhəllələri haqqında maraqlı faktlar
- Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür
- İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib