Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda metan emissiyalarının azaldılmasına həsr olunmuş tədbir keçirilib
Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) "Yaşıl Zonası"nda Maliyyə, İnvestisiya və Ticarət Günü çərçivəsində Metan emissiyalarının azaldılması məqsədilə 6-cı maddəyə əsaslanan iqlim maliyyəsi" mövzusunda tədbir keçirilib.
Oxu.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.
Məlumata görə, tədbir şirkətin dəstəyi və "Article Six Group"un təşkilatçılığı ilə baş tutub. Tədbirdə energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov, SOCAR, "Article Six Group", "Atlantic Council", "Standart Chartered Bank", "Environmental Defence Fund","Oil and Gas Decarbonization Charter" kimi təsisatların, həmçinin digər maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.
Tədbirdə enerji sektorunda metan sızmalarının aşkarlanması və aradan qaldırılması üzrə layihələrin həyata keçirilməsi, azaldılmış emissiya həcmlərinin Paris Sazişinin 6-cı maddəsinə əsasən, sertifikatlaşdırılması, karbon krediti bazarları, həmçinin emissiyalarının azaldılmasına dair maliyyə mexanizmləri haqqında müzakirələr aparılıb.
SOCAR-ın vitse-prezidenti Əfqan İsayev tədbirdə çıxış edərək, SOCAR-ın fəaliyyət sahələrində metan emissiyalarının azaldılması istiqamətində həyata keçirilən layihələr, peyk və dronlar vasitəsilə metan emissiyalarının monitorinqi, emissiyaların azaldılması sahəsində tətbiq olunan yeni innovativ həll yolları, mövcud çətinliklər, habelə bu sahədə maliyyələşdirmə məsələlərinə dair ətraflı məlumat verib.
Tədbirdə enerji şirkətlərinin bu kimi layihələrin həyata keçirilməsi imkanları, mövcud təcrübələr, bu sahədə çətinliklər, karbon emissiyalarının beynəlxalq metodologiyaya uyğun olaraq azaldılması və sertifikatlaşdırılması, karbon kreditlərinin ticarəti mexanizmi haqqında təqdimatlar edilib.
Müzakirələrdə sənayedə dekarbonizasiya həllərinin inkişaf etdirilməsi üçün əsas amillərdən birinin də maliyyə resurslarının cəlb edilməsi olduğu bildirib. Bu baxımdan Paris Sazişinin 6-cı maddəsinə əsasən, maliyyə qurumlarının enerji sektorunda emissiyaların azaldılması və iqlim maliyyəsinə cəlb edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- Baş konsul: "İğdır-Naxçıvan qaz kəmərinin tikintisi tamamlanıb"
- SOCAR və "Yokogawa Electric" əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
- "Günəşli" neft yatağında baş verən faciədən doqquz il keçdi
- Nazir: "BƏƏ Azərbaycanın yaşıl enerjiyə keçid prosesində mühüm tərəfdaşıdır"