Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Deputat: "Avropa Parlamentinin ziddiyyətli addımı Azərbaycanda sərt tənqidə səbəb olub"
Avropa Parlamentinin Fransadan olan üzvü Natali Luazo oktyabrın 3-də Brüsseldə keçirilmiş iclasda Avropa Parlamentinin Cənubi Qafqazla Əlaqələr üzrə Nümayəndə Heyəti sədrinin birinci müavini seçilib. Bu seçki Azərbaycanda mənfi qarşılanıb.
Milli Məclisin deputatı Qaya Məmmədov Oxu.Az-a açıqlamasında bədnam Azərbaycanofob Luazonun təkcə Azərbaycana deyil, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ziyan vurmağı özünə həyat missiyası etdiyini vurğulayıb.
Millət vəkili qeyd edib ki, Luazo kimi ekstremist və irqçi baxışlara malik bir şəxsin həmin vəzifəyə seçilməsi tamamilə səhv və təxribat xarakterlidir. O, Avropa Parlamentini vəziyyəti düzəltmək üçün təcili addımlar atmağa çağırıb.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"