Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Əli Əhmədov: "Azərbaycan xalqı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir"
"Azərbaycana qarşı olan təzyiqlər xalqı birləşdirir. Müstəqillik birdəfəlik qəbul edilən aksiyadır. Amma onu qorumaq üçün hər gün, hər ay, hər il çalışmaq lazımdır".
Oxu.Az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
O bildirib ki, Azərbaycanın qalib dövlətə çevrilməsi, gücünün artması bölgədə neqativ halların qarşısını alan amilə çevrilib:
"Buna görə də Azərbaycana qarşı təzyiqlər artıb. Bu cür təzyiqlər, təhdidlər, əslində, Azərbaycan cəmiyyətini birləşdirir. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan xalqı Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir".
Mərahim Nəsib
"Əli Əhmədov" teqi üzrə xəbərlər
- Əli Əhmədov: "Bu gün uğurlarımız bilavasitə qadınların çiyinlərində qərar tutur"
- Əli Əhmədov: "Dini maarifləndirmənin hədəfi nə olacaq, bunu bilmək lazımdır"
- Əli Əhmədov: "Azərbaycanın müstəqillik əldə etməsi Türkiyə üçün də mühüm hadisə idi"
- Əli Əhmədov vəzifəsindən azad edildi
- Rusiya prezidentinin xüsusi nümayəndəsi Azərbaycana gələcək