"Qırğızıstanın paytaxtı Bişkek önəmi bir görüşə ev sahibliyi edir. Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə qatılan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşüblər".
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalının reportajında bildirilib.
Süjetdə qeyd olunub ki, liderlər regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
"Dövlət başçıları müttəfiqlik əlaqələrinin perspektivlərini, regional gündəmi və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər", - deyə materialda bildirilib.