Cari ilin 15 oktyabr tarixində nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Fələstinin xarici işlər naziri Riyad Əl-Malikinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, görüş əsnasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub və elm-təhsil, humanitar və sosial səhələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Riyad Əl-Maliki Azərbaycanın Fələstinə göstərdiyi dəstək və yardımının yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Fələstin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminə dair Anlaşma memorandumu imzalanıb.
Görüşdən sonra nazir Elmar Məmmədyarov və Riyad Əl-Maliki tərəfindən birgə mətbuat konfransı keçirilib.