Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ərdoğandan Lavrova sərt cavab
Lavrovun Afrinlə bağlı yanaşması çox yanlışdır.
Oxu.Az-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Türkiyə Afrini Suriya hökumətinə təhvil verməlidir” fikrinə münasibət bildirərkən qeyd edib.
“Biz hazırda Afrini kimə geri qaytaracağımızı, təhvil verəcəyimizi çox yaxşı bilirik.
Biz yeri gəldiyi zaman Afrini afrinlilərin özlərinə təhvil verərik.
Amma bunun zamanı bizə aiddir.
Onu da biz müəyyənləşdirərik, Lavrov deyil!”, - deyə Ərdoğan əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar