Türkiyənin Ankara şəhərində Polis Akademiyasında “məzun günü” keçirilib. Tədbirdə məzun olanlar arasında Azərbaycan polisləri də olublar.
Mərasimdə Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Akademiya üzrə göstəricilərinə görə birinci olan azərbaycanlı polis Sərxan Oruclunu R.T.Ərdoğan təltif edib.
Təltifetmə zamanı Ərdoğanla S.Oruclu arasında maraqlı dialoq yaşanıb:
T.Ərdoğan: “Nə vaxt ölkənə qayıdacaqsan?”
S.Oruclu: “Ayın 29-da gedəcəyəm”.
T. Ərdoğan: “Qardaşım İlham Əliyevə (Azərbaycan Respublikasının Prezidenti) salam söylə”.
S.Oruclu: “Oldu”.
T. Ərdoğan: “Söz verirsənmi, salam söyləyəcəksən?”
S.Oruclu: “Söz verirəm, sağ olun”.
View this post on Instagram
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
- AKP sözçüsü: "Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında həqiqi qardaşlıq münasibətləri var" - Video
- Ərdoğan "CHP-nin qalası"nı içəridən fəth etdi - Foto
- Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verildi - Video
- Ərdoğandan sərt xəbərdarlıq: Bazarın sabitliyini pozanlar məsuliyyət daşıyacaqlar
Digər xəbərlər
