Ermənistan tərəfinin Gəncəni ağır artilleriya atəşinə tutması nəticəsində ilkin məlumata görə 4 nəfər mülki şəxs yaralanıb, bir nəfər ölüb.
Bu barədə efirdə AzTV-nin Gəncədə olan müxbiri məlumat verib.
Bildirilib ki, dağıntılar altında qalan mülki şəxslərin xilas edilməsi istiqamətində tədbirlər görülür.
Gəncədə dağıntılarla bağlı fotolar sosial şəbəkədə paylaşılıb.
Həmin görüntüləri təqdim edirik: