Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Franklin Meyers: "Biz müstəmləkə idarəçiliyindən azad olmalıyıq"
"Sen-Martin Karib dənizinin şimal-şərqində yerləşən, 37 kvadratmil ərazisi olan kiçik bir adadır. Biz iki suveren dövlət tərəfindən bölünmüşük. Şimal tərəfdən fransızlar, cənub tərəfdən isə niderlandlar tərəfindən müstəmləkə edilmişik".
Oxu.Az-ın məlumatına görə, bunu Sen-Martin parlamentinin üzvü Franklin Meyers Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkil etdiyi "Sen-Martində Fransa və Niderland müstəmləkə idarəçiliyi - bir ada, bir xalq, bir tale" adlı tədbirdə deyib.
O, müstəmləkəçiliyə qarşı mübarizəyə dəstək verdikləri üçün təşkilatçılara təşəkkür edib.
"BTQ-nin bu təşəbbüsünü görməkdən çox məmnunam. Biz dünyanın bir tərəfində öz problemlərimizlə üzləşərkən siz bu tərəfdə bizim mübarizəmizi dəstəkləyirsiniz", - deyə Meyers bildirib.
Siyasətçi vurğulayıb ki, müstəmləkə idarəçiliyindən azad olmaq bütün insanların fundamental hüququdur.
"Biz hər cür idarəçilikdən azad olmalıyıq. Bizim öz müqəddəratımızı təyin etmək hüququmuz olmalıdır. Və biz öz taleyimizi həll etmək hüququna malik olmalıyıq", - deyə Meyers bəyan edib.
Rufina Abdullayeva
"Neokolonializmlə mübarizə" teqi üzrə xəbərlər
- "Ka Ubuntu" hərəkatının sədri: "Bizim ölkəyə gətirilən məhsullar Fransaya nisbətən 35 faiz bahadır"
- Romen Katambara: "İnsan haqlarından danışan Fransa insanlara hörmət etmir"
- Fransanın müstəmləkəsi altında olan Reyunyon xalqının təmsilçiləri Bakıda konfrans keçiriblər
- Bakı Təşəbbüs Qrupu və Reyunyon adasının "Ka Ubuntu" təşkilatı arasında memorandum imzalanıb
- Jan Mişel Brün: "Fransa hələ də qəbul etmir ki, əlində olan torpaqlar onun deyil"