Leyla Yunus pasport və vizanı Fransa səfirliyindən bazar ertəsi səhər alıb. Amma bu, istintaqdan kənar qalmaq üçün deyildi. Bizim Amerika səfiri ilə axşam onu aeroporta gedərkən müşayiət etməyimizə gəldikdə isə, biz ora onun xahişi ilə getdik. Bundan başqa biz onun Rauf Mirqədirovun işinə cəlb olunacağından narahat idik.
Oxu.Az xəbər verir ki, bu barədə haqqın.az-ın müxbirinə Leyla Yunusu aeroporta ötürməsinə dair suallara cavab verərkən Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Paskal Monye deyib.
“Bildiyim qədər, Brüsseldə dəvət aldığı konfransda iştirak etməli idi. Təkrar edirəm, onu aeroporta qədər müşayiət etməyimizi istədi və biz də onunla getdik”, - səfir deyib.
L.Yunusun ölkədən buraxılması xahişilə hansı diplomatın müraciət etdiyi haqda suala P.Monye belə cavab verir:
“Fransanın Azərbaycanla sıx və möhkəm əlaqələri var. Prezident administrasiyası ilə də yaxşı dialoqumuz var. Bu, mövcud əlaqələri saxlamaq üçün vacibdir. Ona görə də mən burda qınanılası bir şey görmürəm”.