"Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, bu dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 110 km, yan yollar nəzərə alınmaqla isə təxminən 140 km təşkil edir:
"Hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75%-dir. Əsas tikinti işləri artıq yerinə yetirilib".