Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İlham Əliyev: "Azərbaycan və Pakistan istənilən beynəlxalq məsələdə bir-birini dəstəkləyir"
"Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır".
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib.
Bu bağlantının böyük sərvət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:
"Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Küveyt əmrinə təbrik məktubu göndərdi
- Prezident: "Pakistanla birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik"
- Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"
- Şahbaz Şərif: "Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız və vəhdətimiz əfsanəvi olub"