Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hindistanda ildırım 38 nəfərin həyatına son qoydu
Hindistanın Uttar-Pradeş ştatında ildırım vurması nəticəsində azı 38 nəfər ölüb, onlarla insan yanıq xəsarətləri alıb.
Ölənlərin əksəriyyəti Pratapqarh şəhərindən olublar. Şərqi Çandauli şəhərindən olan daha bir neçə zərərçəkmiş xəstəxanada müalicə olunur.
Qeyd edək ki, ştatda güclü yağış yağıb, tufan qopub. Hindistan Meteorologiya Xidmətinin məlumatına görə, növbəti beş gün ərzində Uttar-Pradeş və ona bitişik bölgələrdə daha geniş leysan yağışları gözlənilir.
Mənbə: İnterfaks
"İldırım vurması" teqi üzrə xəbərlər
- Moskvada Ostankino teleqülləsini ildırım vurdu
- Biləsuvar sakinini ildırım vurub: Qolunu yandırıb
- İranda insanları ildırım vurdu: Ölənlər və yaralananlar var
- Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum oldu
- Norveçdə yüzlərlə maral eyni anda öldü - Səbəb təəccübləndirdi
Ən çox oxunanlar