Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, sənəddə bildirilir ki, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 4 172 000 manat ayrılıb.
Sərəncama əsasən, Biləsuvarın Muğankənd, Neftçalanın Mirzəqurbanlı, Qaraqaşlı, Aşağı Surra, Xoltəzəkənd, Xolqaraqaşlı, Qazaxbərəsi, Pirəbbə, İmişlinin Muradxanlı, Beyləqanın Əhmədli və Gödəklər kənd məktəbləri, həmçinin Saatlı şəhər 1 nömrəli ümumi orta məktəb üçün modul tipli binalar quraşdırılacaq.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
| Sıra №-si | Təhsil müəssisələrinin adları | Ayrılan vəsait |
| 1 | Biləsuvar rayonu Muğankənd kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 390 000 |
| 2 | Neftçala rayonu Mirzəqurbanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 315 000 |
| 3 | Neftçala rayonu Qaraqaşlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 315 000 |
| 4 | Neftçala rayonu Eldar Rəhmanov adına Aşağı Surra kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 315 000 |
| 5 | Neftçala rayonu Rövşən Babayev adına Xoltəzəkənd kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 390 000 |
| 6 | Neftçala rayonu Xolqaraqaşlı kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 390 000 |
| 7 | Neftçala rayonu Qazaxbərəsi kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 315 000 |
| 8 | Neftçala rayonu Pirəbbə kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 262 000 |
| 9 | İmişli rayonu Muradxanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 315 000 |
| 10 | Saatlı şəhər 1 nömrəli 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 315 000 |
| 11 | Beyləqan rayonu, Əhmədli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 425 000 |
| 12 | Beyləqan rayonu Gödəklər kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması | 425 000 |
|
| Cəmi | 4 172 00 |