Tanınmış filoloq, professor Məhərrəm Qasımlı “Şöhrət” ordeni ilə təltif olunub.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər veirr ki, bu barədə müvafiq sərəncamı Azərbaycan Prezidenti İlham Əliyev imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Məhərrəm Qasımlının “Şöhrət” ordeni ilə təltif olunması ilə bağlı sərəncam imzalayıb.
Məhərrəm Qasımlı bu yüksək mükafata Azərbaycan aşıq sənətinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirib.
AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun folklor şöbəsinin müdiridir. 1992-ci ildən Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub.
1994-cü ildən “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyi hazırlayanlardandır. 2003-cü ildən nəşr olunan “Folklor və etnoqrafiya” jurnalının baş redaktorudur.
2008-ci ildə “Novruz” ensiklopediyasını hazırlamışdır və onun baş elmi redaktorudur. 2010-cu ildə Türkiyədə “Ozan-aşık sanatı” adlı kitabı çap olunub.
Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. “Sənə sözüm var” (2004) adlı şeirlər kitabı çap olunub.
“Ozan-Aşıq” ensiklopediyası üzərində işləyir. Azərbaycan Aşıqlar Birliyinin I katibidir. Azərbaycanda 250-dən çox elmi məqalələri və 2 monoqrafiyası çapdan çıxıb.