Xarici işlər naziri Elmar Məmmədyarov 17-18 yanvar tarixlərində Fransa Respublikasında işgüzar səfərdə olacaq.
Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Elmar Məmmədyarovun Fransadan olan həmkarı və digər rəsmi şəxslər, YUNESKO-nun rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.