Rusiya və Azərbaycan XİN rəhbərləri Sergey Lavrov və Elmar Məmmədyarov Moskvada danışıqlarda iki ölkə arasında aparılan yüksək səviyyəli fəal dialoqu qeyd ediblər, bu dialoq ikitərəfli əməkdaşlığa dair “bütün məsələləri istisnasız” həll etməyə imkan verəcək, Oxu.Az TASS-a istinadən xəbər verir.
“Sizi Moskvada salamlamağımıza şadıq. Bakıda baş verən və insan həyatına mail olan yanğınla bağlı kədərləndiyimi bildirmək istərdim”, - görüşü açıq elan edən Lavrov bildirib.
“Sizin rəsmi səfəriniz çərçivəsində danışıqlar aparmaq imkanını qiymətləndiririk. Rəhbərlərimiz tərəfindən qoyulmuş dəqiq məqsədlər mövcuddur. Rusiya və Azərbaycan prezidentləri müntəzəm olaraq görüşürlər, onlar arasında konstruktiv dialoq mövcuddur, bu dialoq istisna olmadan bütün məsələləri həlletmə imkanı yaradır” - rusiyalı nazir davam edib.
Məmmədyarov öz növbəsində danışıqlar zamanı ikitərəfli əməkdaşlığın bütün aspektlərini müzakirə etmək niyyətində olduğunu söyləyib.
“Rəhbərlərimizin sərəncamlarını yerinə yetirmək üzrə irəliləməyi bacaracağımızı hesab edirəm. Rəhbərlərimizin verdikləri göstərişlər, ölkələrimiz arasında mövcud yüksək səviyyəli əlaqələri göstərir” - o əlavə edib.
Azərbaycan naziri, Rusiya Federasiyası prezidenti Vladimir Putinin iyun ayının 12-də Bakıda keçiriləcək Avropa Oyunlarının açılış mərasimində olacağının gözlənildiyini xatırladıb.
“Səfər zamanı gündəmdə olan məsələlərin fəal müzakirəsi gözlənilir”, - o qeyd edib.
“Bizim münasibətlər yüksək səviyyədədir” və məhsuldar şəkildə inkişaf edir, mal dövriyyəsi artır, beynəlxalq təşkilatlarda əməkdaşlıq edilir”, - Məmmədyarov sadalayıb.
13:46
Bu gün Moskvada XİN başçıları səviyyəsində Rusiya-Azərbaycan danışıqları aparılır.
Oxu.Az Rusiya XİN-nin məlumatına istinadla xəbər verir ki, danışıqlardan sonra XİN başçıları Sergey Lavrov və Elmar Məmmədyarovun birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.
Qeyd edək ki, bu gün Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovun Rusiyaya rəsmi səfəri başlayıb.
Səfər çərçivəsində Elmar Məmədyarovun həmçinin dövlət dumasının spikeri Sergey Narışkin və baş nazirin müavini Dmitri Roqozinlə görüşü nəzərdə tutulur.