Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Politoloqdan Qarabağdakı ermənilərə xəbərdarlıq: “Başqa çarələri yoxdur, ac qala bilərlər” - VİDEO
“Qarabağdan erməni hərbçilərin çıxması zamanla mümkün olacaq. Sosial şəbəkələrdə yayılan görüntülərdən, Ermənistan siyasi qüvvələrinin və qondarma rejimin “nümayəndələri”nin açıqlamalarından da aydın olur ki, onlar ərazini tərk edir”.
Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. O bildirib ki, yaxın zamanda Azərbaycanın Xankəndidə, Xocalıda və Xocavənddə de-fakto yurisdiksiyası təmin olunacaq:
“Azərbaycan torpaqlarını üç fazada işğaldan azad etdi və etməkdədir. Birinci müharibə, ikinci hərbi-siyasi yol idi. Üçüncü faza isə siyasi-iqtisadi amillər üzərində qurulacaq. Yəni onlara həm siyasi, həm iqtisadi təzyiq olacaq. Bəziləri düşünür ki, Xankəndidə, Xocalıda və Xocavənddə yaşayan erməni əhalisi Azərbaycanın suverenliyini qəbul etməyəcək. Bunu düşünənlər böyük yanlışlığa yol verir. Qarabağdakı erməni əhalisinin başqa çarəsi yoxdur, ac qala bilərlər. Çünki Azərbaycan qanunsuz yolla oraya gələn daşınmaların qarşısını alacaq”.
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb