Lütvəli Babəli oğlu Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə müvafiq sərəncamı yanvarın 29-da prezident İlham Əliyev imzalayıb.
L.Babayev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə mükafatlandırılıb.
Qeyd edək ki, L.Babayev 2007-ci ildən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Bundan əvvəl, 2005-2007-ci illərdə, o, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Sabah, yanvarın 30-da, Lütvəli Babayevin 60 yaşı tamam olacaq.