Azərbaycan Prezidenti İlham Əliyev Yaşar Qəhrəman oğlu Məmmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, Y.Məmmədov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, Y.Məmmədov Quba Rayon İcra Hakimiyyətinin başçısıdır.
N.О.