Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qərbi Azərbaycan Xronikası: “Atam bacılarımı çıxarmaq üçün bağını erməni qonşusuna verdi” - VİDEO
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, “Aprelin 24-də ermənilər bizim qarşımızı həmişə kəsirdilər” adlı veriliş Qərbi Azərbaycanın Zəngəzur mahalının Qacaran (Qafan) şəhər sakini Səməni Qəmbərovanın həyat hekayəsinə həsr olunub.
O, dağların arasında yerləşən balaca qəsəbə tipli şəhər olan Qacaranda ermənilərin və azərbaycanlıların yaşadığını, Azərbaycan dilində Qacaran 3 nömrəli orta məktəbə oxuduğunu, adət-ənənələri, ana dilini orada öyrəndiklərini deyib: “Ana dili müəllimim atam Qəmbərov Şahsuvar olub. O Qacaranda ana dilini bütün insanlıara sevdirib, oradakı azərbaycanlıları hərtərəfli yetişdirib”.
Onun sözlərinə görə, ermənilər bizə heç vaxt azərbaycanlı deməyib, həmişə tork deyirdilər: “Uşaqkən pianino məktəbinə getmək istəyirdim. Mən azərbaycanlı olduğuma görə götürmədilər. Getdik dəfələrlə imtahan verdik, amma qoymadılar. Rus məktəbində oxumaq istəyirdik, azərbaycanlıları götürmürdülər”.
S.Qasımova uşaqlıq və məktəb illərində oynadıqları oyunları, Novruz bayramında milli paltarlar geyindiklərini, qızlarla qapıları pusar, odun üstündən tullandıqlarını xatırladıb: “İqlim şəraiti sərt və çətin idi. Aprelin 24-də ermənilər bizim qarşımızı həmişə kəsirdilər. Biz öz uşaqlarımızla birlikdə gəlirdik ki, bir-birimizi qoruyaq. Ermənilərlə həmişə həmin gün bizim davamız olurdu. Qacaran şəhərində başqa bir işlə təmin olunacaq yer yox idi. Ona görə də biz azalırdıq. Hər bir oxuyub-bitirən Bakıya gəlirdi, instituta girirdi, təhsil alırdı, amma geri dönüş yox idi. Müəllimdən başqa heç kim geri dönüb işlə təmin oluna bilməzdi. Qacaranda yerlərin hamısının adı Azərbaycan adları idi. Yenidən doğma yurduma qayıtsam məktəbimə gedərdim, ən yaxşı müəllimlərimizi görərdim. Ora bizim birləşmə yerimiz idi, bütövləşmə yerimiz idi”.
O deyib ki, Azərbaycan dilini və oradakı insanları Vətənə, torpağa sevgisini öyrətdiyi üçün ermənilər atamı həmişə düşmən gözündə görürdülər: “Mənim 2 qardaşımı onlar orda doğar-doğmaz öldürüblər ki, bir müəllimin əlində silah götürəcək oğlu olmamalıdır. Bizim ibtidai sinif müəllimimiz Xankişi müəllimin 2 oğlan övladını itələyib Mis-Molibden Kombinatından axan çay kanalına salıb öldürmüşdülər. Babamgil 4 qardaş olub. Onlar o vaxt ermənilərlə mübarizə aparıblar ki, kəndlərində yerləşməsinlər. Sovet hakimiyyəti dönəmində o qardaşları ermənilərə qarşı mübarizə apardıqları üçün tutub hamısını erməni vəhşiliyi ilə məhv ediblər”.
Qaçqınlıq dövründən söz açan S.Qasımova 1988-ci ilin qış aylarında Qacarandan çıxmaq istəmədikləri vurğulayıb: “Bütün şəhər boşalmışdı. Qarabağdan da, çoxlu ermənilər gəlib azərbaycanlılara təzyiq edirdilər, qapıların döyüb qovalayırdılar. Atam uşaqları çıxarmaq üçün bağını erməni qonşusuna verir ki, maşın gətirsin. Bacılarımı maşına Zəngilana gətirir və özü yenidən qayıdır. Sonra atamı və anamı rus əsgərləri Qacarandan çıxarırlar”.
Onun sözlərinə görə, Vətənə başlı olan hər şey dəyərlidir: “Çox istəyərəm ki, biz doğulduğumuz yerə dönək. Biz o torpaqda dəfn olunmalıyıq. Biz o torpağa aidik. Əminəm ki, biz bir gün Zəngəzurda görüşəcəyik, uşaqlığımıza qayıdacayıq, bizə aid olan torpaqları mənimsəyəcəyik və bu Vətən nisgilini içimizdin siləcəyik”
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
"Zəngilan" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin 24-cü günü: Zəngilan şəhəri və 24 kənd azadlığına qovuşur
- "Azərişıq" rəsmisi: "Zəngilanda bütün elektrik xətləri yeraltı çəkiləcək"
- Zəngilanda yeni yaşayış kompleksinin layihə GÖRÜNTÜLƏRİ
- "Naxçıvan canavarı" ləqəbli şəhid Vəlinin anası: "Ən yaxın sirdaşımı itirdim"
- Deputatlığa namizəd Nəsiman Yaqublu ağır qəzaya düşdü: Həyatını itirdi