Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Rosqidromet" rəhbəri İqor Şumakov: "Bakıda COP29-un təşkilatçıları çox səy göstəriblər"
"Bakıda COP29 iqlim dəyişikliyi konfransının təşkilatçıları tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün çox səy göstəriblər".
Oxu.Az-ın məlumatına görə, bunu News.ru-ya "Rosqidromet" (Rusiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidməti) rəhbəri, COP29-da Rusiya nümayəndə heyətinin rəhbər müavini İqor Şumakov bildirib.
Onun sözlərinə görə, Rusiya nümayəndələri üçün forumda işləmək xoş və rahatdır.
"Hər şey əladır. Qəbul edən tərəf, Azərbaycandan olan həmkarlarımız belə böyükmiqyaslı forumu təşkil etmək üçün əllərindən gələni ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu forumda 70 min iştirakçı qeydiyyatdan keçib. Tədbirin ilk günlərində 80-dən çox prezident və hökumət başçısı iştirak edib. Buna görə də təşkilatçılıq ən yüksək səviyyədədir, burada işləmək bizim üçün çox xoş və rahatdır", - deyə İ.Şumakov qeyd edib.

"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"