Ermənistan Avrasiya inteqrasiya layihələrinə Qarabağsız qoşulmalıdır.
Oxu.Az xəbər verir ki, bu barədə “Pervıy informasionnıy” erməni nəşrinə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenqauer bildirib.
Ekspertin sözlərinə görə, Rusiyanın Ermənistana Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının (KTMT) çərçivəsində təqdim edilmiş zəmantlərin Qarabağa aidiyyatı yoxdur.
“Məsələn, bu hardasa Türkiyəyə aiddir. Rusiya qoşunları Ermənistanda, bu ölkəyə Türkiyə tərəfindən aqressiya zamanı müdafiəyə zəmanət verirlər, amma Qarabağ KTMT-yə daxil edilməyib, ona görə də Rusiya inteqrasiya layihələrinə daxil edilməyəcək. Ona görə də yeni Qarabağ münaqişəsi zamanı heç bir partnyor münasibətləri və öhdəlikləri qüvvədə deyil”.
Onun sözlərinə görə, KTMT nizamnaməsi, NATO-nun Vaşinqton müqaviləsinə əsasən yazılıb.
“Burada dəqiq göstərilib ki, tərəflər görüş keçirməlidir. Ona görə də Ermənistanın De-yure ərazisi Rusiya üçün partnyor ərazi sayılır, ona görə də fərz etmək lazımdır ki, Rusiya müəyyən addımlar atacaq, belə ki, Ermənistanda Rusiya silahlı qüvvələri, sərhədçilər, aviasiya və s. var.
Naxçıvanda Rusiya sərhədçiləri yoxdur, amma Türkiyə ilə sərhəddə var. Qarabağda müharibə başlasa və hərbi kərəkat Naxçıvana qədər uzansa Rusiya özünü necə aparacaq? Məsələn 90-cı illərdə qarşıdurmalar zamanı Naxçıvan ilə də insidentlər olub, amma prinsipcə bu ərazidə sakitlik idi. Çox güman ki, belə olacağı gözlənilirdi.
Ümumilikdə Rusiyanın birbaşa öhdəlikləri yoxdur. Hal-hazırda Ermənistan Avrasiya inteqrasiya layihələrinə Qarabağsız qoşulmalıdır, belə ki, Rusiya Azərbaycan ilə münasibətlərinin kəskin şəkildə pisləşməsini istəmir”.
Ekspertin qeyd etdiyi kimi, “əgər orada ciddi toqquşmalar başlasa, Moskvada böhranın yaranması üçün yardım etməyə səy göstərəcəklər, amma Rusiyanın erməni-Azərbaycan münaqişəsində və ya qarşılıqlı atışmalarında avtomatik iştirakını təsəvvür etmək çətindir”.
“Amma son qərarlar Kremldə qəbul ediləcək. Amma buna qədər Azərbaycanla münasibətlərin korlanmasını istəmədiyimiz üçün dəqiq qərar qəbul edilib ki, Ermənistan Gömrük İttifaqına KTMT-yə olduğu kimi Dağlıq Qarabağsız daxil olacaq”, - o bəyan edib.
Ekspert qeyd edib ki, Rusiya prinsipial olaraq Ermənistanı partnyor kimi nəzərdən keçirir, amma Azərbaycan da mühüm partnyordur:
“Azərbaycanın son zamanlar Avropa ilə həddən artıq yaxınlaşmasına dair narazıçılığımız mövcud olsa da, bu narazıçılıq münasibətləri tamamən pozacaq və ya Bakı ilə açıq konfrontasiyaya gedəcək qədər yüksək deyil.
Moskva İrəvan, həm də Bakı ilə yaxşı münasibətləri qoruyub saxlamağa səy göstərir. Belə ki, bizi yalnız erməni-Azərbaycan mübahisələri deyil, eləcə də Zaqafqaziyada Rusiya təsirinin bərpası maraqlandırır. Ermənistan vacibdir, amma Azərbaycan da mühümdür”.
Felgenqauer qeyd edib ki, Moskva münaqişədə olan iki tərəfin – Dnesteryanı və Qarabağa təsirini saxlamaq üçün 90-cı illərdən dondurulmuş münaqişə sistemindən istifadə edir.
“Həqiqətən bu adi hal olub. Amma demək olmaz ki, Moskva heç bir zaman Dağlıq Qarabağ münaqişəsini nizamlamaq istəməyib. Belə ki, bir neçə il bundan öncə Rusiya vasitəçiləri tərəfindən münaqişənin nizama salınması üçün cəhdlər edilib, amma heç bir şey alınmadı və indi də başa düşürlər ki, nəticə olmayacaq.
Bu ərazidə qaynar münaqişə Rusiyanın maraqlarına uyğun deyil, həm də Ukrayna böhranı üzündən Zaqafqaziyada vəziyyət kəskinləşərsə Rusiyanın istifadə etmək üçün demək olar ki, sərbəst qüvvəsi qalmayıb. Rusiyanın iki cəbhədə döyüşmək üçün qüvvəsi yoxdur. Hal-hazırda Rusiya status-kvoya alternativ görmür, bu, birmənalıdır. Bu gün üçün Rusiyanın bunu düşünmək üçün resursu yoxdur”.