Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sədr: "Karasyov xarici dövlət başçısını təhqir edirsə, sabah Rusiya rəhbərinə də qarşı bunu edəcək"
"Əgər Vladimir Karasyov heç bir nəticə ilə üzləşmədən xarici dövlət başçısını təhqir edə bilirsə, onun Rusiya rəhbərliyinə də qarşı belə ünsiyyət tərzindən istifadə edəcəyi günün uzaqda olmadığını ehtimal etmək olar".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Rusiya Federasiyasının İctimai Palatasının Koordinasiya Şurasının üzvü, politoloq Vladimir Karasyovun sözlərinə münasibət bildirərkən deyib.
"Bu, İlham Əliyevin AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı səmasında qəzaya uğramasında Rusiyanın əli olduğunu bəyan etməsindən sonra baş verib. Əgər Rusiya Federasiyasının İctimai Palatası bu çıxışı öz etik normalarına uyğun hesab edirsə, onun hazırda hansı səviyyədə olduğu aydındır", - A.Məmmədov qeyd edib.
O bildirib ki, təəssüf ki, müasir Rusiyada ictimai şəxslərin və yüksək sosial statuslu insanların kobud və təhqiramiz ritorikadan istifadə etməsi getdikcə geniş yayılır.
Onun sözlərinə görə, əvvəllər Rusiyanın ictimai xadimləri yüksək mədəniyyət və əxlaqi prinsiplər nöqteyi-nəzərindən örnək olub, lakin təəssüf ki, bu gün bu keyfiyyətlər itirilir. AZAL təyyarəsi haqqında isə Vladimir Karasyov kimi mədəni dəyərlərdən uzaq olan insan mühakimə yürüdür", - A.Məmmədov sonda bildirib.
Qeyd edək ki, Rusiya Federasiyasının İctimai Palatasının Koordinasiya Şurasının üzvü, politoloq Vladimir Karasyov Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təhqiramiz ifadələr işlədib.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Ukrayna PUA-larının hücumları səbəbindən "Yandeks" məhkəmə qərarı ilə üzləşdi
- Rusiyada pulunu ala bilməyən "Şaxta baba" iş adamını güllələdi
- Rusiya səmasında atəşfəşanlıq kimi Qütb parıltısı
- "Financial Times"dan 2025-ci il üçün proqnoz: "Bitcoin"in qiyməti 200 min dollara çata bilər
- Rusiyada pirotexniki vasitələrlə dolu avtomobil yanıb