Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Səfir: "Aİ Cənubi Qafqazda sülh və sabitliyin gücləndirilməsinə sadiq qalır"
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyəti 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə Şəhidlər Xiyabanını ziyarət edib.
Oxu.Az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin sosial şəbəkə hesabında yazılıb.
"Bu matəm günündə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko, təşkilata üzv ölkələrin səfirləri ilə birlikdə 1990-cı ilin Yanvar hadisələri qurbanlarının xatirəsini hüznlə yad etmək üçün Bakıda Şəhidlər Xiyabanına gül dəstələri düzüblər", - paylaşımda bildirilib.
Səfir 20 Yanvarla bağlı Azərbaycan xalqına başsağlığı verib: "35 il əvvəl bu faciə zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Aİ Cənubi Qafqazda və dünyada sülhün, sabitliyin və rifahın gücləndirilməsinə sadiq qalır".
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Aİ-nin sərhəd avantürası - "Missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib
- Avropa Komissiyası ABŞ-nin rüsum planına CAVAB HAZIRLAYIB
- Tayvan Trampın yüksək rüsumlarından yayınmağın yolunu tapdı
- Makron: "ABŞ Aİ-yə yeni tariflər tətbiq edərsə, özündə inflyasiyaya gətirib çıxaracaq"
- "Haber Global": "Azərbaycan Avropa İttifaqının 10 ölkəsinə qaz tədarük edən enerji ölkəsidir"