"Qarabağa səfər edəndə orada müharibənin dəhşətli nəticələrini gördüm".
Oxu.Az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı panel müzakirədə deyib.
O bildirib ki, aparılan quruculuq işlərini və həyatın necə geri qayıtdığını görmək sevindiricidir:
"Həyatın bərpası isə asan proses deyil. Məsələn, Xorvatiya mina təmizləmə prosesini yalnız bu il - müharibədən 31 il sonra tamamlaya bildi. Halbuki Azərbaycan əraziləri daha geniş şəkildə mina ilə çirkləndirilib. Bu proses çox uzun və çətin olsa da mütləq həyata keçirilməlidir. Avropa İttifaqı bu istiqamətdə dəstək göstərmək üçün hazırdır".