ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik tutduğu vəzifədən gedir.
Oxu.Az xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.
Ceyms Uorlikin həmsədr kimi səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır.
“Mənim üçün 30 il ərzində Dövlət Departamentində xidmət etmək böyük şərəf olub”, - deyə C.Uorlik yazıb.
O həmçinin qeyd edib ki, Rusiyanın “Eqorov, Puqinski, Afanasyev və şərikləri” adlı ən böyük hüquqşünas şirkətində şərik olacaq.
N.О.