Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vüsal Qasımlı: “Xankəndi və ətrafının inkişafı üçün yeni imkanlar açılıb”
Prezident İlham Əliyev Xankəndidə Dövlət Bayrağını qaldırdıqdan sonra bölgənin inkişafı üçün yeni imkanlar açılıb.
“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
“Xüsusən də bölgənin, o cümlədən Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərənin reinteqrasiya prosesi iqtisadi qüdrətə malik Azərbaycan dövlətinin imkanları hesabına həyata keçiriləcək. Xərclər-buraxılış modeli əsasında hesablamalarımız göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda yatırılan hər bir manat vəsait ümumi iqtisadiyyat üzrə iki manat buraxılış yaradır. Separatçı rejimin yaratdığı “boz sahə”də təbii resursların - su, torpaq, meşə və faydalı qazıntların ətraf mühitə ziyan vuraraq istismarı, həmçinin ölkəmizə qarşı ekoloji terror, xüsusən də su terroru dayandırılıb. Cənab Prezidentin qeyd etdiyi kimi Qarabağ və Şərqi Zəngəzurun “yaşıl zona” yanaşmasına uyğun olaraq BMT-nin davamlı inkişaf məqsədlərinə uyğun şəkildə ərazinin bərpası təmin ediləcək”, - deyə o qeyd edib.
“Yeri gəlmişkən, vaxtilə “boz zona” sayılan ərazinin minalardan və partlamamış silah-sursatdan təmizlənməsi və narkotik plantasiyalarının ləğvi həyata keçiriləcək. Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərənin reinteqrasiyası ərazidə yaşıl energetika, kənd təsərrüfatı, dağ-mədən sənayesi, tikinti materialları və ərzaq sənayesi və turizmin inkişafı üçün yeni imkanlar yaradır. Bu ərazinin reinteqrasiyası nəqliyyat-logistika və kommunal infrastruktur xəritəsini yenidən şəkilləndirəcək. Belə ki, Aran Qarabağ və Kəlbəcər-Laçın, eyni zamanda Gəncəbasar ilə Arazboyu bölgələr arasında müvafiq olaraq Şərq-Qərb və Şimal-Cənub vektorları boyunca dəmir yolu, avtomobil yolu, elektrik, su, qaz, fiber-optik və s. kommunal xətlər daha səmərəli şəkildə təmin ediləcək. Bir sözlə, Azərbaycan bölgəyə yeni həyata gətirməklə və “Böyük Qayıdış”ın əhatə dairəsini genişləndirməklə davamlı və inklüziv inkişafı təmin etmək əzmindədir”, - deyə sədr əlavə edib.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib