Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qarabağ müharibəsində nə qədər şəhid vermişik? – Foto
Ermənistan və Azərbaycan arasında 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında şəhid olan Azərbaycan hərbçilərinin sayı dəqiqləşib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, döyüş əməliyyatlarında 11 557 Azərbaycan hərbçisi şəhid olub.
Azərbaycan Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəsmi saytında döyüş əməliyyatlarında iştirak edərək şəhid olmuş şəxslərin adları yerləşdirilib.
Bəzi rayonlar üzrə təqdim olunan siyahılar tam olmasa da, bu ilkin rəqəm 1991-1994-cü illərdə şəhid olmuş Azərbaycan əsgərlərinin ilk rəsmi siyahısı sayıla bilər. Şəhidlər siyahısında hərbi əməliyyatlar zamanı itkin düşmüş şəxslərin adları da yer alır.
Qeyd edək ki, siyahıya döyüş əməliyyatları zamanı bombardmandan və düşmənlər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş mülki insanların adları daxil deyil.
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvanda avtomobilindən Azərbaycan bayrağı asan sürücü saxlanıldı
- Ermənistan Aİ-yə üzvlük haqqında qanun layihəsinin müzakirəsini təxirə salıb
- Ermənistan USAID vasitəsilə 110 milyon dollar alıb: XİN-dən açıqlama
- Paşinyan Ermənistan konstitusiyasının preambulasını dəyişdirməyi planlaşdırır
- Rusiya kəşfiyyatı: "Aİ Gürcüstandakı etirazları Ermənistan vasitəsilə maliyyələşdirir"