17 
İyl
2018
12:55
24
332
26545
Virtual karabakh

Bakını dəhşətə gətirən qətlin təfərrüatı

17 İyl, 2018
12:55
26545

Bakını dəhşətə gətirən qətlin təfərrüatı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda mühafizəçinin bağ evində törətdiyi hadisənin təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, mühafizəçi ər və arvada işdən çıxarıldığına görə hücum edib.

Şüvəlan qəsəbəsi, 525 saylı bağ evində yaşayan Əməkdar həkim Arzu Şuşalı və onun həyat yoldaşı Dilarə Əhmədova bağlarında işləyən mühafizəçiyə işdən çıxarıldığını bildiriblər.

Bu zaman mühafizəçi İlqar Xancanov bağ evinin sahibi Arzu Şuşalıya və həyat yoldaşına bıçaqla xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Mühafizəçi törətdiyi hadisənin izini itirmək üçün əri avtomobilə mindirib, qadının meyitini də maşına qoyub.

Mərdəkan qəsəbəsi ərazisində xidmətdə olan polislər "Range Rover" markalı avtomobilin sürücüsünün davranışlarından şübhələniblər. Yol polisi əməkdaşları maşına “saxla” əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməyilə maşını saxlamaq mümkün olub.

Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar. Maşında qan içində iki nəfərin olduğu aşkarlanıb. Sürücü dərhal saxlanılıb. Maşında olan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Arzu Şuşalı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla əlaqədar Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri