Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Çətirli qız”ın bir günü - VİDEO
Nizami küçəsinin rəmzlərindən sayılan “Çətirli qız” heykəli turistlərə görə şəkil çəkdirmək üçün maraqlı abidə, azərbaycanlılar üçün isə dayanacaq və görüş yeri sayılır.
Bəlkə də, bu “Çətirli qız” onlarla sevgilinin ilk görüşünə, davasına, ayrılığına şahid olub. Dili olsa, nələr söyləyər, bir Allah bilir...
Bir neçə il əvvəl çətiri sındırılıb, oğurlanan bu qızın bir gününü Baku.TV kamerası lentə alıb.
Görüntülərdə onunla şəkil çəkdirənlər, sındırmağa çalışanlar, heykəlin burnunu eşənlər, şillə vuranlar və başqaları obyektivə yaxalanıb.
Həmin görüntüləri təqdim edirik.
Pərviz Hüseyn
VİDEO: Musa Vladimir
www.oxu.az