12 
Okt
2018
09:55
21
60
2490
Virtual karabakh

Azərbaycanlı uşaqların potensialı qiymətləndirildi - ARAŞDIRMA

12 Okt, 2018
09:55
2490

Azərbaycanlı uşaqların potensialı qiymətləndirildi - ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya bankı 157 ölkə arasında “İnsan kapitalının indeksi”nin (The Human Capital Index) hesablandığı araşdırma hazırlayıb. 

Oxu.Az xəbər verir ki, Azərbaycan bu siyahıda 69-cu yeri tutub. 

Dünya Bankının araşdırmasına görə, Azərbaycanda insan kapitalının indeksi 2017-ci ilin nəticələrinə görə 0,60 təşkil edib. 

Bu, o deməkdir ki, Azərbaycanda doğulan uşaqlar yetkinlik yaşına çatan zaman tam təhsil aldıqda və səhhəti yaxşı olduqda potensialının 60 faizini reallaşdıra bilirlər. 

Azərbaycan indeksinə görə üçüncü qrup ölkələr sırasındadır. Bu qrupda Gürcüstan 61-ci (0,61), Türkiyə 53-cü (0,63), Ukrayna isə 50-ci (0,65) yerdə qərarlaşıb. 

Qonşu Rusiya ikinci qrupda 0,73 ilə 34-cü yerdə qərarlaşıb. Reytinqin liderləri birinci qrupda yer alan Sinqapur (0,88), Koreya Respublikası (0,84) və Yaponiyadır (0,84).

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri