31 
Okt
2018
09:48
95
438
13147
Virtual karabakh

Bakıda sahibsiz itlər işgəncə ilə öldürüldü - VİDEO

31 Okt, 2018
09:48
13147

Bakıda sahibsiz itlər işgəncə ilə öldürüldü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi nəzarət altında sterilizasiya  edilmiş, yəni quduzluğa qarşı peyvənd olunmuş, sahibsiz itlər naməlum şəxslər tərəfindən güllələnib.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, itlərin işgəncə ilə öldürüldüyü iddia edilir. 

Sakinlər deyir ki, həmin heyvanlar ətraf üçün heç bir təhlükə yaratmırdılar.

Qeyd edilir ki, öldürülən itləri maşına yığıb aparıblar. İki it isə yaralı vəziyyətdə ağacın altında qalıb.

Sahibsiz heyvanların xilası və qorunması işi ilə məşğul olan Yelena Simokina adlı şəxs isə qəsəbədə öldürülən itləri götürərək IDEA heyvanlara qayğı mərkəzinə üz tutub.

Faktla bağlı polisə müraciət olunacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri