Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məktəblərdə vahid geyim formaları tətbiq ediləcək
Ümumi təhsil müəssisəsində təhsil alanlar üçün Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir.
Oxu.Az-ın məlumatına görə, bu barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən yeni “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd edilib.
Belə ki, qanun layihəsinin 12-ci maddəsində (Ümumi təhsil müəssisəsi) qeyd edilib ki, ümumi təhsil müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.
Sənəddə göstərilib ki, Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək altı yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.
Qanun layihəsində bildirilib ki, Azərbaycan Respublikasında formal ümumi təhsil forması tətbiq olunur.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanın sabiq deputatı olan general məhkəməyə VERİLDİ - SƏBƏB
- İcbari tibbi sığorta fondunun gələnilki büdcəsi üç milyard manat olacaq
- Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb
- Nazir inflyasiya faizini açıqladı
- Mikayıl Cabbarov: "Azərbaycan dünyanın davamlı enerji təminatında etibarlı tərəfdaşa çevrilib"
Rəylər