Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sevinc Fətəliyeva: Valideynlər yanlış yoldan döndərilməlidir
Qızların təhsildən yayındırılması, onların erkən nikahlara cəlb olunması məsələləri ağrılı və düşündürücü məsələlərdir. Hesab edirəm ki, bu məsələlərlə bağlı problemlərin önlənməsi, həll olunması üçün ilk növbədə valideynlərlə söhbətlər aparılmalıdır.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) komitə sədrinin müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.
Onun gözlərinə görə, əgər hansısa valideyn öz qızını təhsildən uzaqlaşdırırsa, erkən nikahlara məcbur edirsə, deməli, burada problem ilk növbədə həmin valideynin özündədir.
Millət vəkili bildirib ki, bu da həmin şəxslərin savadsız, dünyagörüşlərinin dayaz, məhdud olmasından, müasir dövrün reallıqlarını anlamamalarından qaynaqlanır.
“Bildiyiniz kimi, ölkəmizdə yeniyetmələrin, gənclərin daha mükəmməl şəkildə təhsilə yiyələnmələri üçün dövlət tərəfindən hər cür şərait və imkanlar yaradılır.
Xüsusilə qızlar üçün daha əlverişli bir şərait yaradılır ki, onlar təhsillərini davam etdirsinlər, cəmiyyətə daha geniş şəkildə inteqrasiya olunsunlar, həyatda özlərini bir şəxsiyyət kimi təsdiqləyə bilsinlər, ölkənin ictimai, siyasi, sosial həyatında fəal iştirakçıya çevrilsinlər.
Bunların fonunda indi bu cür addımların atılması kifayət qədər təəccüb və sual doğurur. Eyni zamanda, bu kimi xoşagəlməz hallar fərdi yanaşmanı tələb edir.
Dediyim kimi, belə ailələrlə, valideynlərlə fərdi qaydada söhbətlər aparılmalı, onlara bu kimi addımların heç cür doğru olmadığı, qanun pozuntusu olduğu izah edilməlidir. Çünki belə ailələrin, valideynlərin atdığı addımlar digərləri üçün bir “nümunə”dir.
Kimlərsə qızlarını təhsildən zorla uzaqlaşdırırsa, məcburi şəkildə erkən nikahlara məcbur edirsə, bu, bəziləri tərəfindən normal hal kimi başa düşülür və qəbul edilir. Ona görə biz bir cəmiyyət olaraq bu kimi halların, zərərli tendensiyaların qabağını almalıyıq.
Maarifləndirici addımları davam etdirməliyik. İmkan verməməliyik ki, cəmiyyətimiz cahilliyə yuvarlansın”, - deyə S.Fətəliyeva əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?