Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakı metrosunda problem: sərnişinlər platformada qaldı
Bu gün səhər saatlarında “Bakı Metropoliteni”nin “Memar Əcəmi” stansiyasında yaranan problem səbəbindən sərnişinlər platformada qalıb.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, səhər saat 08:05 radələrində “Dərnəgül” - “Həzi Aslanov” istiqamətində gedən qatarda nasazlıq yaranıb:
“Dərnəgül” - “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Memar Əcəmi” stansiyasında dayanan zaman vaqonlardan birinin qapısında problem yaranıb. Maşinist dərhal problemi aradan qaldırmaq məqsədilə qatarı saxlayıb. Nasaz halda qatarı idarə etməmək üçün sərnişinlərdən qatarı boşaltmaları rica olunub.
Daha sonra maşinist təlimat qaydalarına uyğun olaraq qatarı “Memar Əcəmi” stansiyasından “Nərimanov” stansiyasına qədər sərnişinsiz idarə edib. Qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə əlavə qatar buraxılıb. İntervallarda gecikmə yaranmayıb”.
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib