Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan əhalisi 10 milyonluq həddin bir addımlığında
Ötən il ölkə əhalisinin sayı 83 min 372 nəfər və ya 0,8 faiz artaraq, 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9 milyon 981 min 457 nəfərə çatıb.
Bununla bağlı Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayır.
Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər təşkil edib.
Qeyd edək ki, bir müddət əvvəl Oxu.Az-ın apardığı araşdırmaya görə, ölkə əhalisi 10 milyonluq həddi 2019-cu ilin iyun-iyul aylarında aşacaq.
Rəylər