13 
Mar
2019
11:26
275
218
6617
Virtual karabakh

Milyonçu balalarına da uşaq pulu verilməlidirmi? - VİDEO

13 Mar, 2019
11:26
6617

Milyonçu balalarına da uşaq pulu verilməlidirmi? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son bir neçə gündür ölkədə uşaq pulu ilə bağlı məsələ gündəmdədir.

Bəziləri uşaq pulunun bərpa edilməsinin tərəfdarı olsa da, bəziləri buna qarşı çıxır. Uşaq pulunun bərpasına birmənalı yanaşmayanlardan biri də deputat Hadı Rəcəbli olub. 

O, 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara uşaq pulu verilməsinin doğru olmadığını dilə gətirib.

“Uşaq pulu bərpa olunsa, varlı-kasıb hamıya bu müavinət verilməlidir. Axı aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq olmaz, dünyada belə texnologiya yoxdur. Milyonçunun uşağına dövlət niyə uşaq pulu verməlidir axı?” deyən millət vəkili tənqid atəşinə tutulub.

Dünən isə Milli Məclisin komitə iclasında H.Rəcəbli üç yaşına qədər olan uşaqlara verilən sosial müavinətlərin artırılması məsələsinə baxıla biləcəyini dilə gətirib. O, bununla bağlı prezident İlham Əliyevin müvafiq qurumlara tapşırıq verdiyini deyib.

Baku TV-nin əməkdaşları mövzunun aktuallığını nəzərə alaraq şəhər sakinləri arasında sorğu keçirib. 

“Uşaq pulu verilərkən insanlar təbəqələrə bölünməlidirmi” sualına respondentlər belə cavab verib:

Sail Ağasəlim, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri