Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 21 laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalardan altısı Abşeronda, 15 laboratoriya isə regionlarda yerləşir.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, dövri olaraq bütün laborator müayinələrdə nümunələr götürülür, ekspertizalar aparılır:
“Məhsulların idxalı zamanı, istehsal prosesində keyfiyyəti və təhlükəsizliyinə şübhə yarandıqda və ya xoşagəlməz hallar aşkarlandıqda istehsalı qadağan olunur. Əgər keyfiyyətində və təhlükəsizlik göstəricilərində problem varsa, müvafiq olaraq tədbirlər həyata keçirilir.
Bizim mövsümi xarakterli tədbirlər planımız imzalanıb və regional bölmələrimiz artıq həmin tədbirlər planını həyata keçirməkdədir. Biz maksimum çalışırıq ki, havaların isti keçməsi bizim qidaları təhlükəsiz hala salmasın ki, əhalinin sağlamlığı təhdid altında qalmasın”.
İlhamə Əbülfət
Rəylər