İyl
2019
09:01
29
226
4199
Virtual karabakh

Ağstafada səkkiz min illik abidə dağıdıldı - FOTO/VİDEO

9 İyl, 2019
09:01
4199

Ağstafada səkkiz min illik abidə dağıdıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafada səkkiz min il tarixi olan, ümumi Qafqazda ən qədim arxeoloji qazıntı sahəsi dağıdılıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 2012-ci ildən başlayaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları rayon ərazisində tapılan qədim yaşayış məskənində qazıntı işləri aparıblar.

Tapılan maddi mədəniyyət nümunələrinin tədqiqindən sonra bəlli olub ki, qədim yaşayış sahəsi Neolit dövrünə aiddir. Bu abidə haqqında elmi ədəbiyyatlarda məlumatlar da dərc edilib. Həmin faktlar əcnəbi arxeoloqların da diqqətini cəlb edib.

Lakin arxeoloqlar növbəti dəfə əraziyə gəldikdə xoşagəlməz halla qarşılaşıblar.

Təəssüf ki, indi həmin ərazidə tapılan şəhərcikdən iz qalmayıb, çünki o texnika vasitəsi ilə tamamilə dağıdılıb. 

Hazırda ərazini dağıdan şəxs və ya şəxslər barəsində institut tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Buradan tapılan mindən çox maddi mədəniyyət nümunələri isə AMEA-da saxlanılır. Artıq ərazidə yenidən tədqiqat və ya qazıntı aparmaq mümkün deyil.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri