25 
İyl
2019
23:33
56
160
8351
Virtual karabakh

Yolda qalan Gəncə-Bakı qatarında hərəkət bərpa edildi - YENİLƏNİB

25 İyl, 2019
23:33
8351

Yolda qalan Gəncə-Bakı qatarında hərəkət bərpa edildi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə-Bakı sürət qatarının hərəkəti bərpa olunub.

Oxu.Az xəbər verir ki, əməkdaşlar təhlükəli vəziyyətin olmadığını bildirərək qatarın təxminən, 1 saat 45 dəqiqə gecikmə ilə Bakıya çatacağını bildirib.

İlkin ehtimala görə, gecikmə sürət qatarında yaranan texniki nasazlıq səbəbindən baş verib.

 

23:22

Gəncədən Bakıya doğru hərəkətdə olan sürət qatarı yolda qalıb.

Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Qatarın bir saatdan artıq vaxt ərzində yolda qaldığı bildirilir.

Sürət qatarının hansı səbəbdən dayanması barədə sərnişinlərə məlumat verilməyib.

Qatar əməkdaşlarının baş verə biləcək təhlükəli vəziyyətə qarşı qapıları bağladığı bildirilir.

Bu barədə sosial şəbəkə istifadəçisi Xəyal Azəroğlu məlumat paylaşıb.

O bildirib ki, sərnişinlərdən bir neçəsinin halı pisləşib.

“Mənim ailəm də daxil olmaqla, qatarda xeyli sayda yaşlı insanlar var. Sərnişinlər evakuasiya edilmir, xeyli insanın vəziyyəti pisləşib”, - deyə, o qeyd edib.

FHN-dən bildiriblər ki, hadisə yerinə xilasedicilər yollayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri