Avq
2019
11:46
189
42
3521
Virtual karabakh

Naxçıvana əlavə reyslər açılır

5 Avq, 2019
11:46
3521

Naxçıvana əlavə reyslər açılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qurban bayramında sərnişlərin sıxlığını nəzərə alaraq Naxçıvana əlavə təyyarə reysləri açılacaq. 

Bunu Oxu.Az-a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Qurum rəsmisi bildirib ki, yay mövsümü ilə əlaqədar olaraq Naxçıvana əlavə reyslər həyata keçirilir:

“Tələbat artıq olduğu üçün reyslərin sayını artırırıq. Həmişə olduğu kimi, bu il də Qurban bayramı ilə bağlı əlavə reyslər açılacaq.   

Ümumiyyətlə, bu mövsüm turistlərin sayı çox oldu. AZAL və Heydər Əliyev Beynəlxalq Hava limanı olaraq gücləndirilmiş iş rejimdə işləyirik”. 

Qeyd edək ki, avqustun 12-13-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri