Avq
2019
11:22
25
305
4289
Virtual karabakh

İcra Hakimiyyətindən yağış açıqlaması: Ciddi problem yoxdur

9 Avq, 2019
11:22
4289

İcra Hakimiyyətindən yağış açıqlaması: Ciddi problem yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxta yağan intensiv yağışdan sonra yollarda, keçidlərdə hərəkətin iflic olması barədə iddialara münasibət bildirib.

BŞİH-in mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda paytaxtda ciddi problem yoxdur:

“Bakıda yağışdan sonra ciddi bir problem qeydə alınmayıb. Texniki, təsərrüfat xidmətləri adi iş rejimində işləyirlər”.

Badamdarda sürüşmə ərazisindən 20-ci sahəyə düşən yolun bağlı olmasının səbəbinə gəlincə, İ.Kərimov bildirib ki, həmin ərazi çoxdan bağlıdır:

“Həmin yol sürüşmə ilə əlaqədar olaraq bir ilə yaxındır bağlıdır və bu yaxınlarda açılışı nəzərdə tutulmur”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən günün ikinci yarısından yağışın kəsiləcəyi bildirilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri