Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda rəzalət: Şəhid ailələrinə ev tikmək üçün bataqlıqdan torpaq verilib - FOTO
Sumqayıtda Yaşıl Dərə Massivində şəhid ailələrinə bataqlıq ərazilərdən torpaq sahəsi verilib.
Oxu.Az xəbər verir ki, ərazilərin ailələrə ev tikmək məqsədilə 10 il əvvəl paylanıldığı bildirilir.
Sumqayıt Şəhər Bələdiyyəsinin verdiyi torpaqlar istifadəyə yararsız olduğu üçün şəhid ailələri illərdir orada heç bir tikinti işi apara bilmir.
Maraqlısı isə budur ki, illər ərzində heç bir qurum məsələyə diqqət yetirməyib.
Oxu.Az-ın əməkdaşı məsələni araşdırmaq üçün Sumqayıt Şəhər Bələdiyyəsi ilə əlaqə saxlayıb.
Qurumun mətbuat katibi Vüsal Məmmədov saytımıza açıqlamasında məsələdən xəbərdar olduqlarını, problemin texniki və maliyyə səbəbindən həll olunmadığını deyib
“Həmin ərazilər şəhid ailələrinə bələdiyyənin sabiq rəhbərliyinin vaxtında ayrılıb. Təəssüflər olsun ki, onlara o qədər də münasib olmayan yerlər verilib. Hazırda isə bələdiyyənin həm texniki, həm də maliyyə baxımdan imkanları yoxdur ki, həmin ərazini qurudub şəhid ailələrinə təqdim etsin.
Yaxın gələcəkdə imkan olan kimi bu məsələ yenidən nəzarətdən keçiriləcək. Amma indi texniki və maliyyə imkanları buna imkan vermir”.
Sevinc Yasinqızı
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər