11 
Sen
2019
00:02
19
135
9268
Virtual karabakh

Diqqət! Bu rayonlarda qaz olmayacaq

11 Sen, 2019
00:02
9268

Diqqət! Bu rayonlarda qaz olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 11-də səhər saat 09:00-dan Şəki rayonunun Turan qəsəbəsi və bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə Oxu.Az-a "Azəriqaz İB"dən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri icra olunacaq.

Bundan başqa, qaz xətlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə saat 10:00-dan 17:00-dək Şamaxı rayonunun mərkəzi və 1 qəsəbədə, eləcə də saat 10:00-dan Sumqayıt şəhərinin Kimyaçılar, Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə qaz fasilələrlə veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri